Erməni müxalifətinin B planı: “Paşinyan dinc yolla getməsə…”

Erməni müxalifətinin B planı: “Paşinyan dinc yolla getməsə…”
"Müxalifət liderləri və onların havadarlarının İrəvanın mərkəzində uzun müddətdir davam edən aksiyaları geniş ictimaiyyətin dəstəyini alan ümumxalq etirazlarına çevrilmədi. Müxalifət hesab edirdi ki, 2018-ci il inqilabının alətlərindən istifadə edərək, çox qısa müddətdə uğur qazanacaq. Amma tam əks proses gedir”.

Bu barədə "Haykakan Jamanak” qəzeti yazıb.

Nəşr Baş nazir Nikol Paşinyanı dinc yolla yıxa bilməyən erməni müxalifətinin qanlı B planının olduğunu istisna etməyib:

"Müxalifətin uğur qazanmamasının və nailiyyət əldə etməyəcəyinin bir çox səbəbi var ki, bu da həm təşkilatçılara, həm də Ermənistan vətəndaşlarına məlumdur. Bu uğursuzluq da müxalifəti yavaş-yavaş B planına və ya onun müqəddiməsinə keçməyə sövq edir. Müxalifətin dəfələrlə bəyan etdiyi bu planın nə olduğu hər kəsə bəllidir.

Müxalifətin bununla nə demək istədiyi getdikcə aydınlaşır. Dinc aksiyalarla heç nəyə nail olmayacaqlarını anlayan müxalifətçilər artıq bir neçə gündür ki, zorakılığa başlayıblar. Küçədə onlara qoşulmayan sürücülərlə, avtomobillərə, insanlar hücum edirlər. Oliqarx müxalifət liderlərinin cangüdənləri və onlara xidmət edən "məhəllə dəstələri”nin küçələrdə yaratdığı toqquşmalar və davalar buna sübutdur. Həmin şəbəkənin üzvləri küçələrlə yanaşı, sosial şəbəkələrdə də onlara qoşulmayanları ailələri ilə hədələyirlər”.

Qəzet müxalifət liderinin hakimiyyəti qan tökməklə hədələdiklərini də qeyd edib:

"Son vaxtlar müxalifət tərəfdarlarının "bu hakimiyyət qansız getməyəcək” hədələri tez-tez nəzərə çarpır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir neçə gün əvvəl verdiyi açıqlamanı da xatırlamaq lazımdır. Həmin açıqlamaya görə, etirazçılar hökumət üzvləri orada olarkən, parlamentin binasına hücum etməyi planlaşdırıblar. Bir neçə gün əvvəl Sisyan keçid məntəqəsində həbs edilmiş vətəndaşlardan biri də parlament binasına hücum etməyə cəhd göstərib. Onun qanunsuz yolla Ermənistana silah gətirdiyi məlum olub.

Yuxarıda deyilənlər sadəcə bir müqəddimə və gələcək fəaliyyətlərlə bağlı açıq təhdid mesajı ola bilər ki, hökumət dinc nümayişlərlə getməsə, B planına keçəcək, ölkəni daxili siyasi toqquşmalar və sabitliyin pozulmasına aparacaqlar. Qəribədir ki, "27 oktyabr” qanının izlərinin təzə olduğu, bir neçə dəqiqənin içində ölkənin başının kəsildiyi, Ermənistanın gələcək inkişafında dərin və bərpaolunmaz iz qoyduğu bir ölkədə yenidən belə bir yoldan danışılır.

Müxalifətin məğlubiyyəti artıq faktdır. Bu, üstündən bir il keçməyən son seçkilərdə də təsdiqlənib”./Teleqraf

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...