Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”

Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”
"Bu gün 10 duet oxunursa, 1-i yaxşı olur. Duetdə mütləq stil, tərz olmalıdır. Səslər bir-birinə yaraşmalıdır. Mahnı başladısa, insanı özü ilə aparmadısa o duet deyil! Tamaşaçı özü gəlib sənə deməlidir ki, bu duetin nə gözəldir?! Ürəyimiz istəyirsə, bir duet oxuyaq. Bu belə olmalı deyil. Onun üçün bəlkə də 10 il gözləməlisən ki, səninlə duet oxuyacaq olan insan doğulub, həyata gəlsin. İnşallah xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova ilə duet oxumaq istəyirəm. İnanıram ki, yaxın günlərdə bunların hazırlıqlarına başlayacağıq”.

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Elton Hüseynəliyev bildirib. O daha sonra sözlərinə əlavə edib.

"Mən-mən” deyən insanlardan qaçıram. Qorxuram həmin insanlardan. Elə insanları Allah da sevmir. İnsan sözünün mənası unutqan deməkdir. İnsan səhvini başa düşürsə o peşman olur. Peşmanlıq insanlıq deməkdir. Amma o peşmanlığı düzəltmək şərtilə. Bir nəfərin xətrinə deyəndə, gəlib üzr istəmək yerinə, deyirlər ki, gəl halallaşaq. Hər zaman çalışmışam ki, xətrinə dəydiyim insandan üzr istəyim. Biri var süni olasan, sünilik yaxşı xüsusiyyət deyil. Süni insanlar heç vaxt heç kimin xətrinə də dəyməz, üzr də istəməz. Mən düşünürəm ki, qadınla kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir. Baxış, münasibət belə olmalıdır. Çünki xanımlar bizim başımızın tacıdır”, - deyə Əməkdar artist bildirib.

O daha sonra ən pis xasiyyətindən danışıb.

"Hər yerə gecikirəm, bu xasiyyətim məndən asılı deyil. Bunu hamı bilir, hamı deyir. Özüm də etiraf edirəm. Elə yerlər var ki, ora gecikmək olmaz, amma dostum, yaxın adamım gözləyəndə məndə arxayınlıq yaranır. Hər yerə vaxtı-vaxtında çatmaq lazımdır. Amma bu hələ ki, mümkün deyil. Nə qədər geciksəm də, işlərimi çatdıra bilirəm”, - deyə Elton Hüseynəliyev bildirib.
 

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...