Əliqandallı fotosu yayılan Medvedçuk KİMDİR? - FOTOLAR

Əliqandallı fotosu yayılan Medvedçuk KİMDİR? - FOTOLAR
Aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.
 
Medvedçukun saxlanılması dünya mediasında müzakirə olunan mövzulardan birinə çevrilib.
 
Bəs Viktor Medvedçuk kimdir?
 
İlk olaraq qeyd etmək lazımdır ki, 67 yaşlı Medvedçukun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərə sahib olduğu məlumdur. "Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri olan Medvedçuk 2000-ci illərin əvvəlində Putinlə necə tanış olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, rəsmi tədbirlərin birində Putin və Medvedçuku bir-birinə təqdim ediblər.
 
 

2004-cü ildə Putin ukraynalı siyasətçinin kiçik qızı Dariyanın xaç atası olub. Siyasətçi qeyd edib ki, buna Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun səyləri nəticəsində nail olmaq mümkün olub. Belə ki, Marçenko həyat yoldaşından Putinə bu məsələ ilə bağlı müraciət etməyi istəyib.
 
Medvedçuk 2002-2005-ci illərdə Ukrayna Prezident Administrasiyasının rəhbəri, 2000-2001-ci illərdə Ali Radanın birinci vitse-spikeri, 1998-2000-ci illərdə Ali Radanın vitse-spikeri olaraq çalışıb. O, həmçinin Ukrayna Ali Radasının II, III, IV, IX çağırış deputatı olub.
 


2018-ci ildə "Müxalif platforma - Həyat naminə” partiyasına üzv olub və elə həmin ilin noyabr ayında partiyanın siyasi şurasına sədrlik etməyə başlayıb.

Fevralın 19-su Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun əmlakına sanksiya tətbiq edib.
Bu zaman qeyd olunub ki, sanksiyalar "Luqansk Xalq Respublikası”ndan Rusiyaya kömür göndərilməsinə dair araşdırma ilə bağlıdır.
 

 
Qeyd edək ki, Medvedçuk ötən ilin may ayından dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olub. 2022-ci ilin fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.
 
Həmçinin Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi başlanıb. (Qafqazinfo)
 

 

OXŞAR XƏBƏRLƏR

Əliqandallı fotosu yayılan Medvedçuk KİMDİR? - FOTOLAR

Aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna...

5 yaşlı qız milyard sərvət qazandı - FOTOLAR

 Böyük Britaniya Kraliçası II Elizabetin nəticəsi Şarlotta beş yaşında olmasına baxmayaraq, 3 milyard funt sterlinq (5,1 milyard AZN) qazanıb. Sfera....

23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO

 64 yaşlı qadın 23 yaşlı gənci övladlığa götürdükdən bir il sonra onunla ailə qurub. Sfera.az xəbər verir ki, qeyri-adi izdivac İndoneziyada qeydə al...

Konor Makqreqor Azərbaycan bayrağı olan şəkli paylaşdı - FOTO

 İrlandiyalı məşhur MMA döyüşçüsü Konor Makqreqor Azərbaycanla bağlı maraqlı paylaşım edib. Sfera.az xəbər verir ki, Sadiq Əlizadə adlı izləyici Makq...

Yeni təhlükəli “çelenc” başlayıb - FOTO

 ABŞ-da sosial şəbəkələrdə "George Floyd challenge” həştəqi ilə yeni təhlükəli flaşmoba start verilib. Sfera.az xəbər verir ki, ağdərili yeniyetmələr...

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

 Türkiyənin "TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalının "Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq istifadəçi...