Əlcəzair Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etdi
22:33 / 15.05.2022
3112
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
Məlumata görə, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.