ƏDV-dən azad olunan məhsulların SİYAHISI

ƏDV-dən azad olunan məhsulların SİYAHISI
 Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi barədə müvafiq qərar imzalayıb.

Sfera.az xəbər verir ki, qərar ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
 
Siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...

"Səmərəli müzakirələr aparıldı" - Mİkayıl Cabbarov Azərbaycan-Litva biznes forumundan DANIŞDI

Xəbər verdiyimiz kimi, mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.    Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiy...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

80 min dollarlıq zərər var: Bazarlarda pomidor niyə BAHALAŞDI? - VİDEO

Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir. Sfera.az xəbər ...