“E-manat”ın kassasından 32 000 manatlıq oğurluq edildi - FOTO/VİDEO

“E-manat”ın kassasından 32 000 manatlıq oğurluq edildi - FOTO/VİDEO
Göyçay şəhəri ərazisində yerləşən mağazaların birindən oğurluq edilib.
 
Gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan "E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər,rayon sakinləri-Nizam Nuruyev,Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər.Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...