DYP rəisi sərxoş halda qəza törədib? - DİN-dən Açıqlama

DYP rəisi sərxoş halda qəza törədib? - DİN-dən Açıqlama
Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.

Sfera.az
xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.

Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı "Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn "Mercedes” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisin sərxoş olduğunu və yüngül xəsarət aldığını iddia ediblər.

Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində Daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, baş leytanant Eşqin Qasımov bildirilib ki, fikirlər həqiqətə uyğun deyil: "Hadisə aprelin 4-də baş verib və xəsarət alan olmayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçib. Heç bir sürücü sərxoş olmayıb. Qarşı tərəfin sürücülük hüququ və avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayıb. Hazırda araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək". //kriminalqafqaz
 

 

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...