Dünya mediası Qurban Qurbanovdan yazır

Dünya mediası Qurban Qurbanovdan yazır
Dünyanın tanınmış mətbu orqanları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı hərəkətindən yazıb.

Sfera.az xəbər verir ki, "The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər "köhlən atlar"ın hücumçusu İbrahima Vadjinin əli ilə vurduğu qoldan sonra 50 yaşlı mütəxəssisin etdiyi feyr-pley jestinə yer ayırıblar.

"The Sun" "Heyrətamiz an: "Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu" başlıqlı xəbərində Qurbanovun oyunçusu ilə söhbətindən sonra bu addımı atdığı vurğulanıb.

"Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib.

"RMC Sport"un başlığı isə belədir: "Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi".

Qeyd edək ki, "Qarabağ" rəqibinə 3-0 məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...