Agentlik Tahir Əmiraslanovun vəzifədən azad edilməsinə aydınlıq gətirdi
12:32 / 18.05.2022
1279
Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına münasibət bildirib.
Sfera.az xəbər vebrir ki, Agentliyin sədr müavini Azadə Hüseynova "Report"un sualına cavab olaraq bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir.
Onun sözlərinə görə, Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlandandır:
"Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq və işləyirik. Bu istiqamətdə işlərimizi davam etdiririk. Orxan Fikrətoğlunun təyinatına gəlincə, bizim üçün önəmli Azərbaycan turizminin dünyada lazımi səviyyədə təbliğ olunmasıdır. Çünki istənilən sahənin inkişafında təbliğatın böyük rolu var. Hesab edirəm ki, Orxan Fikrətoğlunun da bu sahədə kifayət qədər təcrübəsi var və bizə dəstəyini göstərəcək. Artıq onun gördüyü işlər göz qabağındadır. Bu sahədə olan digər mütəxəssislərə də qapımız hər zaman açıqdır".