Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - VİDEO

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - VİDEO
Təqribən bir ildən artıq idi ki, qardaş ölkə Türkiyənin milli valyutası iqtisadi təlatümlər yaşayırdı. Hökumətin atdığı bəzi addımlardan sonra qismən sabitlənən lirə son bir ayda yenidən dəyər itirməyə başlayıb. Avrozonanın vahid valyutası avro isə artıq 4 aydır ucuzlaşma tempini dayandıra bilmir.
 
İqtisadçılar deyirlər ki, dollar bütün dünyada bahalaşsa da, Azərbaycan manatı dayanıqlılığını davam etdirə biləcək. 
 
Türk lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi..
 
Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də davam edir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, əslində ABŞ Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırdıqdan sonra, bu, dünyanın bir çox dövlətlərinin milli valyutalarına təsir etdi. O ki qaldı, türk milli valyutasının ucuzlaşmasına, bunun üçün əlavə yeni faktorlar ortaya çıxmasa da, avrozonanın vahid valyutasının dəyər itirmə səbəbləri aydın görünür. Avropa fevral ayından etibarən, xüsusən Rusiya-Ukrayna savaşından bəri ticarət əməliyyatlarında mənfi saldoya düşüb. 
 
İqtisadçı ekspert deyir ki, həm avrozona ilə, həm də qardaş ölkə Türkiyə ilə Azərbaycanın sıx ixrac-idxal əməliyyatları var və bu regional iqtisadi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir. Lakin avro və lirənin ucuzlaşdığı ərəfədə Azərbaycanın göstərdiyi makroiqtisadi göstəricilər bütün mümkün təzyiqləri aradan qaldırıb. 

Qeyd edək ki, son iki ayda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi azalma qeydə alınır. Ekspertin fikrincə, manatın möhkəmliyinin zəmanəti olan valyuta ehtiyatlarında baş verən bu azalma isə manata təhlükə yaratmır.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...