Doğum xəritənizə görə şansın üzünüzə gülməsi üçün nə etməlisiniz? - "Uğur nöqtəsi" möcüzəsi

Doğum xəritənizə görə şansın üzünüzə gülməsi üçün nə etməlisiniz? -
Doğum xəritələrimizdə şansımızın harada olduğunu müəyyən etməyə kömək edə biləcək astroloji nöqtə var."Pars Fortuna” kimi də tanınan "Uğur nöqtəsi” bizə həyatda şans və asanlıq təmin edən sahəni göstərir. Bununla, insana bəxt və bolluğun haradan gələcəyini görmək mümkündür.
 
Sfera.az doğum xəritənizdə "uğur nöqtəsi”nin yerləşdiyi bürcə əsasən şanslı ola biləcəyiniz sahələri təqdim edir:

Əvvəlcə qeyd edək ki, doğum xəritənizdə uğurlu nöqtənin hansı bürcdə olduğunu öyrənmək üçün pulsuz onlayn proqramlarından doğum xəritənizi çıxara bilərsiniz. 

Bəs, "uğur nöqtəsi” hansı bürcə nə deyir?

Qoç – "Uğur nöqtə”niz bu bürcdədirsə, şansınız özünüzü ifadə etmək və risk almaq qabiliyyətinizdən irəli gəlir. Refleksləriniz sürətlidir və güclü zəkanız sizə cazibə qatır. İmicinizdən istifadəyə imkan verən fürsətlərdə şansınızı sınayın. Özünüzü olduğunuz kimi təqdim etməyə cəsarət edin.
 
Buğa – Sizin güclü hisləriniz var və şansınız yalnız onları necə inkişaf etdirməyi öyrəndiyiniz zaman artacaq. Keyfiyyət və kəmiyyət arasındakı fərqi dərk etməyə diqqət yetirin. Şansınızın açıq olduğunu görəcəksiniz.

Əkizlər - Sözləri analiz edin və lüğətinizi genişləndirin. Marağınız sizi danışmağa dəyər təcrübələrə aparacaq. Sadəcə çoxlu layihələrə əl atmamağa çalışın. Əkizlər bürcünün enerjisi yeni işlərə başlamaq üçün əladır, lakin onları bitirmək üçün o qədər də yaxşı deyil.
 
Xərçəng – Şansınız instinktlərinizə güvəndiyiniz zaman yaranır. Xərçəngdə olan "Pars Fortuna” sizin üçün emosiyaların dərk edilməsini təmin edir. Bunu əldə etmək həmişə asan olmasa da, instinktlərinizin gücü inanılmazdır.
 
Şir - Təbii yaradıcılığınız və hər şeydən kənara çıxmaq bacarığınız alqışlanmalıdır. Qabiliyyətlərinizə uyğun hərəkət etməyi seçsəniz, qeyri-adiliyə sahib olarsınız. Həmçinin ardıcıllıq və nizam-intizamla işiniz sizin yerinizə danışacaq.
 
Qız - Başqalarına xidmət etmək üçün təbii istedadınız var. Müəyyən mənada sən ən çox ehtiyac duyulduğunda kömək etməyə tələsən super qəhrəman kimisən. Başqalarına kömək etməklə, ruhunuz həqiqətən parlaya, sizə başqalarının çata bilmədiyi imkanları verə bilər.
 
Tərəzi - Sizin istedadınız insanları rahatlaşdırmaq və sülh gətirməkdir. Tərəzi tarazlığı gücləndirmək qabiliyyəti ilə tanınır və bu bürcdəki "Pars Fortuna”nızla, ümumiyyətlə, insanların sizin haqqınızda müsbət təsəvvür yaratmasına səbəb olursunuz. Tərəzi bürcündə "uğurlu nöqtə” sahibi olmaq sizə müəyyən gözəllik və təbii cazibədarlıq da bəxş edir. Bu, insanlara ətrafınızda olmaqdan həzz almağa imkan verir.
 
Əqrəb - Tərəzi kimi sizində insanları rahatlaşdırmaq üçün unikal qabiliyyətiniz var. Fərq ondadır ki, enerjinizlə bağlı həm qorxulu, həm də güclü nə isə var. İnsanlara verdiyiniz rahatlıq, onları sizə açıq edir və sizi gizli qoruyucuya çevirir. Bu o deməkdir ki, bəzən insanlar sizə güvənəcək və sonra qəribə hərəkətlər edəcəklər. Bunu şəxsi qəbul etməməyə çalışın.
 
Oxatan - Səyahət və xaricə aid şeylərdə şanslısınız. Tez öyrənmək bacarığınız var, ona görə də bildiklərinizi bölüşmək vaxtı gələndə özünüzü çox uğurlu hesab edirsiniz. Həmişə qanadlarınızı açmaq və səyahət etmək üçün açıq olun, macəralarınız zehninizi gücləndirəcək.
 
Oğlaq – "Uğur nöqtə”nizin bu bürcdə olması sizi sahibkar və ya müdirə çevirə bilər. Oğlaq bürcündə "Pars Fortuna” işə başlamağa hazır olanların istəklərini təzahür etdirmək üçün güclü potensialları olduğunu göstərir. Məqsədləri üçün yorulmadan çalışan və heç vaxt onlara çatmayan insanlar var, amma siz onlardan deyilsiniz. Bu nöqtə sizə uğur üçün əlavə təkan verir - kifayət qədər iş, ardıcıllıq və nizam-intizam qoyduğunuz müddətdə.
 
Dolça -  Dünyanı həm olduğu kimi, həm də ola biləcəyi kimi görmək gücünüz var. Bu nöqtəyə sahib olmaq sizi təbii ixtiraçı və təsiredici edir. Sosial dairənizi tapdıqdan və kifayət qədər məlumat topladıqdan sonra, zamanı aşmaq üçün hər şeyiniz var.
 
Balıq - Mürəkkəb duyğuları və ssenariləri başa düşmək bacarığınız sizə yol açır. Sərhədlərinizi müəyyən etdiyiniz zaman bu şans artır. Əks halda, Yupiterin Balıqlar üzərində hökmranlığı, öhdəsindən gələ biləcəyinizdən daha çox yüklənməyinizə səbəb ola bilər. Yaradıcı layihələrdə və bədii işlərdə şansınızı sınayın.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Doğum xəritənizə görə şansın üzünüzə gülməsi üçün nə etməlisiniz? - "Uğur nöqtəsi" möcüzəsi

Doğum xəritələrimizdə şansımızın harada olduğunu müəyyən etməyə kömək edə biləcək astroloji nöqtə var."Pars Fortuna” kimi də tanınan "Uğur nöqtəsi” bizə həyatda...

Bir həb iç və fövqəlbəşər insan ol... - "Limitless" filmi reallığa çevrilə bilərmi?

Yəqin ki, insan beyninin 100 faizini istifadə etməsinə şərait yaradan dərmanlarla bağlı filmlər izləmisiniz. Zaman-zaman bu məsələ filmlərdən çıxaraq, real həya...

Xanımların diqqətinə: Kişilər bu 5 tip qadından uzaq durur!

İtaliyalı psixoloqlar 2500 kişinin rəyini öyrənməklə, daha çox hansı tip qadınlardan uzaq durmağa çalışdıqlarını aydınlaşdırıb.     Sfera.az xəbə...