DİN əməliyyat keçirdi: 38 nəfər həbs edildi - VİDEO

DİN əməliyyat keçirdi: 38 nəfər həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.

DİN-dən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram "patı”, "şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər. 

Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib. 

Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
 




OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...