Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə etdi - 200 000 manat

Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə etdi - 200 000 manat
İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 AZN (iki yüz min) məbləğində ianə edilib. 

Sfera.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Daxili İşlər Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.
 
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı. Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.

Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında QDF-ə ianə edib. 
Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilərsiniz.

Qarabağı BİRLİKDƏ daha GÖZƏL bərpa edəcəyik!
 


 

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...