COVİD-19 bitməmiş YENİ TƏHLÜKƏ: Ebolaya bənzər ölümcül virus yayılır

COVİD-19 bitməmiş YENİ TƏHLÜKƏ: Ebolaya bənzər ölümcül virus yayılır
İngiltərədən gələn yeni xəbər yenidən ölümcül viruslara diqqət çəkib.

Sfera.az bildirir ki, ölkədə Ebolaya bənzər virusa yoluxma halına rast gəlindiyi bildirilib. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatının verdiyi açıqlamaya görə, virus Orta Asiyadan İngiltərəyə səyahət edən qadında aşkarlanıb. Səlahiyyətlilər, hadisənin hələlik kütlə sağlamlığı üçün risk törətmədiyini, lakin diqqətli olmaq lazım olduğunu söyləyiblər.
 
Məlumata görə, "Krım-Konqo hemorragik qızdırması” adlanan xəstəlik iribuynuzlu mal-qara üzərində yaşayan gənə dişləməsi ilə ötürülür. Çox təhlükəli və ölümcül virus olan CCHF virusu Ebola ilə müqayisə edilib.

Sözügedən virusun pandemiyaya səbəb olmadığı, lakin dünyanın bir çox yerində endemik var olduğu qeyd olunub. Bu yerlərin başında Afrika, Balkanlar, Yaxın Şərq və Asiya ölkələri gəlir.
 
Virus daşıdığı aşkarlanan qadına Kembric Universiteti xəstəxanasında diaqnoz qoyulduğu açıqlanıb və onun hazırda Londondakı xəstəxanalardan birində müalicə olunduğu bildirilib. Viroloq Susan Hopkins "Epidemiya haqqında danışmaq çətindir, çünki bu xəstəliyin insandan insana keçmə riski azdır. Ancaq hər kəs xəstəliyin endemik olduğu ölkələrdən keçdiyini və hansı təhlükələr yaratdığını bilməlidir”, - deyə söyləyib. 

Xəstəliyin "Hyalomma” adlı gənə növündən keçdiyi diqqətə çatdırılıb və bu növün Asiya, Avropa və Şimali Afrikada görüldüyü açıqlanıb. Yay aylarında artan bu gənələr tərəfindən dişlənilən insan dərhal müalicə olunmazsa, 3 gün ərzində ölüm baş verir. Xəstəliyin simptomları Ebolaya çox oxşardır - bunlara qəfil şiddətli baş ağrısı, yüksək hərarət, oynaq ağrıları, qarın ağrısı və şiddətli qusma daxildir. Ağır hallarda bu simptomlar davranış dəyişiklikləri və qavrayış pozğunluğu ilə müşayiət olunur. Digər tərəfdən, mütəxəssislər hər kəsi çox diqqətli olmağa çağırır, çünki bu xəstəliyin simptomları COVİD-19-un simptomları ilə qarışdırıla bilər. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Elm adamları superbakteriya ilə bağlı həyəcan təbili çaldı: Ferma heyvanlarından keçir

Elm adamları həyəcan təbili çalıb.   Sfera.az bildirir ki, tədqiqatçılar superbakteriyaların təhlükəli ştamının donuzlardan insanlara keçə biləcəyinə dai...

Elm adamları çaş-baş qaldı: Koronavirusla bağlı daha bir ilk qeydə alındı

İspaniyada 31 yaşlı tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxub.   Sfera.az bildirir ki, tədqiqatçılar bunun elmə məlum olduğu qədərilə iki infeks...

İftar yeməyindən zəhərlənmə hansı hallarda baş verə bilər? - Ekspertdən AÇIQLAMA

Ötən gün Göyçayda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə aprelin 18-də rayonun Çərəkə kəndində baş verib. Belə ki, iftar süfrəsinə toplaşan 10...

"Hətta 9 doza vaksin vurduran da xəstəliyə yoluxa bilər" - İnfeksionist səbəbini açıqladı

Zaman-zaman xüsusilə ictimai  şəxslərin koronavirus pandemiyası əleyhinə 3-4 deyil, daha artıq doza vaksin vurdurduğunun şahidi oluruq. Eynilə bəzi sadə və...

COVİD-19-un səbəb olduğu yaddaş, təfəkkür və nitq pozğunluqları ömür boyu qala bilər? - Professordan AÇIQLAMA

"COVİD-19-u orta ağır, xüsusən ağır keçirərək, süni tənəffüs aparatına qoşulmuş, bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi, sağaldıqdan sonra beyinin san...