Cavanlaşmaq üçün yeni müalicə üsulu: Vampirlərdən ilham aldılar

Cavanlaşmaq üçün yeni müalicə üsulu: Vampirlərdən ilham aldılar
ABŞ-ın Pittsburq Universiteti insan ömrünü uzatmaq üçün yeni yol təqdim edib.
 
Sfera.az-ın məlumatına görə, araşdırma qrupu qan içərək yaşadıqlarına inanılan vampirlərdən ilham alıb. Belə ki, vampirlər kimi qanla gəncləşməyin mümkün olduğu müəyyən edilib. 

"Nature Aging” jurnalında dərc edilən yazıya görə,  tədqiqatlar zamanı gənc siçanların qanının qoca siçanlara köçürülməsi zamanı cavanlaşmanın baş verdiyi təsdiqlənib.

Siçan qanında "EV” adlanan hüceyrədənkənar veziküllərin əzələ hüceyrələrinə davamlı olaraq "Klotho" adlı zülal göndərdiyi aşkar olunub. Yaşlanan siçanlarda "EV”lərin zəiflədiyi və buna görə daha az zülal göndərildiyi bildirilib. Gənc siçanların qanının qoca siçanlara köçürülməsi nəticəsində yaşlı siçanlarda hüceyrə, toxuma, əzələlərin bərpası və cavanlaşması müşahidə olunub.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Böyük uğurlar qazananların çoxu uşaqlıq travması yaşayanlardır - "The Times" yazarlarından iddia

"The Times" qəzetinin iki yazarı Alis Tomson və Raçel Silvester birlikdə yazdıqları kitabda siyasət, idman, incəsənət və iş dünyasında bir çox tanınmış adlar...

Dalğıclar “Atlantidaya gedən yol”u tapdılar – FOTOLAR

Okean Araşdırmaları Fondunun dalğıcları tərəfindən çox mühüm kəşf edilib.    Sfera.az xəbər verir ki, Havay adaları yaxınlığındakı Papahanaumokuakea...

“Şeytan evimə gəlir, divarda ayaq izi də var” - ŞOK İDDİA/FOTO

Amerikada bir qadının başına gələn hadisələr gündəmə çevrilib. Sfera.az xəbər verir ki, yeni köçdükləri evin şeytan tərəfindən təqib edildiyini bildirən q...

Petek Dinçöz Mayamidəki 700 min dollarlıq evindən danışdı - Azərbaycanlı iş adamı alıb? - FOTO

Bir müddətdir adı azərbaycanlı iş adamı Rza Zərrabla birlikdə çəkilən türkiyəli müğənni Petek Dinçöz haqqında yayılan xəbərlərə reaksiya verib.   Sfera.a...

Kosmosda süni ət istehsal edildi – Heyvandarlığın sonu gəlir

İndiyədək kosmosda bitki yetişdirmək üzrə təcrübələr aparılıb. Bu dəfə isə ət istehsalı üçün heyvan hüceyrələrində təcrübə keçirilib.     Sfera.az...