Bu məşhur vitaminin çox qəbulu koronavirusun müalicəsində çətinlik yaradır
Sağlıq
15:55 / 16.02.2022
851
"C vitamininin çox yüksək dozaları koronavirusun müalicəsinə müsbət təsir göstərmir, əksinə mədə-bağırsaq traktının orqanlarına və böyrəklərə zərər verə bilər”.
Sfera.az xəbər verir ki, bu barədə "Russia Today” kanalına açıqlamasında biofizik, Rusiya Milli Texnologiya Təşəbbüsünün (NTI) işçi qrupunun eksperti Andrey Lomonosov bildirib.
Alimin sözlərinə görə, C vitamini soyuqdəymənin aradan qaldırılmasına kömək edir. Lakin Lomonosovun fikrincə, onun koronavirusun gedişinə və daha sürətli sağalmağa təsiri sübuta yetirilməyib:
"Tövsiyə edilən dozadan artıq C vitaminin qəbulu əks təsirlərə səbəb ola bilər. Bunların arasında mədə-bağırsaq traktının pozulması, mədə yanması kimi hallar var. Həmçinin C vitamininin yüksək dozada uzun müddət istifadəsi böyrək daşlarının daha sürətli əmələ gəlməsinə kömək edir. Dəmirlə birlikdə C vitamini qəbul edərkən bədəndə həddindən artıq dəmir yığılması da mümkündür".
Vasif
Sfera.az