Bu, artıq Rusiyanın təslim olmasıdır - Piontkovski
19:55 / 08.05.2022
1648
Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus ordusunun Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.
Sfera.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu – red.) hesablayıblar. Bu, onların bir növ təslim olmasıdır”, - politoloq vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar:
"Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən 2 həftə ləngidəcək, lakin əsas ssenarini dəyişməyəcək”.
(axar.az)