Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO

Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO
 

IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı boksçu ciddi xəsarət alıb. Hadisə yerinə yetişən polislər bildirib ki, Spens ağır vəziyyətdə hospitala çatdırılıb.

"The Sun" yazır ki, qəzaya səbəb Spensin idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. İdmançının təhlükəsizlik kəməri bağlı olmayıb.

Həkimlərin sözlərinə görə, Spens sağ qalacaq, lakin onun idman karyerasının gələcəyi sual altındadır.

Qeyd edək ki, Spens peşəkar rinqdə keçirdiyi bütün 26 görüşdən qalib ayrılıb.



OXŞAR XƏBƏRLƏR

Məşhur italiyalı futbol agenti vəfat etdi

Məşhur italiyalı futbol agenti Mino Rayola vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.   55 yaşlı Rayola uzun müdd...

Arda Turanın ikinci övladı dünyaya gələcək

Türkiyəli məşhur futbolçu Arda Turan ikinci dəfə ata olacaq. Sfera.az axşam.az-a istinadən bildirir ki, onun həyat yoldaşı Aslıhan Doğan beş ayl...

Səhv salamlaşma tennisçilər arasında davaya səbəb oldu - VİDEO

Beynəlxalq Tennis Federasiyasının Las-Veqasda keçirilən 1/8 final görüşündən sonra amerikalı tennisçi Alisiya Parks ilə kanadalı Ketrin Sebov ara...

Almaniyada “Naxçıvan” adında klub yaradıldı, rəsmi qeydiyyata alındı - Foto

Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.&nbs...

Xanımına özündən 8 yaş böyük modellə xəyanət etdi - FOTOlar

"Real"ın gənc ulduzu Luka Yoviç 2014-ci ildən birlikdə olduğu 7 aylıq uşağının anasına xəyanət edib. Sfera.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə Se...

Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO

  IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib. Sfera.az qafqazinfo-ya istinadən xəbə...