Bill Qeytsin açıqlaması hansı qorxunc ssenaridən xəbər verir? - Məhv ediləcəklər...

Bill Qeytsin açıqlaması hansı qorxunc ssenaridən xəbər verir? - Məhv ediləcəklər...
"Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeytsin ötən gün süni ətlə bağlı verdiyi açıqlama diqqət çəkib. 
 
"Zəngin ölkələr 100 faiz sintetik ətə keçməklə iqlim böhranı ilə mübarizə istiqamətində faydalı addım ata bilərlər. Dad dəyişikliyinə alışa bilərsiniz. Hətta zaman keçdikcə süni ətin daha dadlı olduğu bildirilir. İnsanların davranışını və ya vərdişlərini yönəldərək, onların tələbini də dəyişdirə bilərsiniz. Məncə, bu, orta gəlirli və daha yüksək ölkələr üçün mümkündür", - deyə Qeyts bildirib.

Bununla bağlı Sfera.az-a açıqlama verən qida üzrə baş mütəxəssis, qida eksperti Ağa Salamov deyib ki, Bill Qeytsin sözügedən açıqlamasında əsas məqsəd insan sayının azaldılması və yerdə qalan insanların öz istədikləri kimi idarə edilməsidir və bunun üçün də iqlim, ekoloji vəziyyət bəhanə gətirilir:

"Onlar sintetik ətə ("solar food") keçməklə heyvandarlığı məhv etmək istəyirlər. "Solar food" – günəşdən əldə olunmuş zülaldır. Bu zülalın insan oqranizmində rolu nədir? Bu araşdırılıb və rolu çox iyrəncdir. Bəzi ölkələr artıq öz məhsullarını istehsal etmək istəyirlər, ayılıblar, amma bir qədər gec. Amma elə ölkələr var ki, onların torpaqları zəhərlənib. Bildiyiniz kimi hədəfdə biometrik çiplənmə də var. Bu çipin birbaşa sintetik ətlə əlaqəsi mövcuddur. Normal ət – qoyun, mal-qara, qırmızı ət məhsulları və s. proqramlaşdırılmağa meyilli deyil.  Amma sintetik yolla əldə olunan süni əti proqramlaşdırmaq asandır. Əgər bir insana biometrik çip qoyularsa, yediyi ətin sayəsində insan oqranizmində immun sistemini idarə etmək, istənilən virusu onun bədəninə ötürmək olar”.

Müsahibimiz bildirib ki, hədəf insan sayının 500 milyona salınmasıdır:

"Təbii ki, bunu COVİD-19 virusu ilə edə bilmədilər. İndi də süni aclıq yaradacaqlar və heyvandarlığın məhvinə nail olmağa çalışacaqlar - ən çox da iribuynuzlu heyvanların. Biz bunu illərdir deyirik. Düşünürəm ki, iribuynuzlu heyvanların məhvinə heç bir ölkə razı olmamalı, yol verməməlidir. Təəssüf ki, ötən il Türkiyənin kənd təsərrüfatı naziri çıxışında xırdabuynuzlu heyvanlara üstünlük verəcəyini dedi. Bu, səhv addımdır. Əksinə, ekoloji vəziyyətin iribuynuzlu, xırdabuynuzlu heyvanlarla heç bir əlaqəsi yoxdur. Əgər iribuynuzlular arasında hansısa xəstəliyin yaranmasının şahidi olsaq, heç də təəccüblənmərəm. Çünki bu addıma da əl atıla bilərlər. Havaya hər hansısa virusu səpib, bu heyvanların məhvinə nail olmaq asandır. Məsələn, quş qripindən sonra broylerləri qabağa çəkdilər, kənd toyuqlarını məhv etdilər. Halbuki kənd toyuqları insan üçün daha faydalıdır. Bu baxımdan qeyd etdiyim məsələnin reallaşması mümkündür”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR