Bill Qeyts bu layihə ilə dünyanı xilas edəcəyini deyir: “GERM” YARADILDI

Bill Qeyts bu layihə ilə dünyanı xilas edəcəyini deyir: “GERM” YARADILDI
2015-ci ildə COVID-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Bill Qeytsi tarix haqlı çıxarmışdı.
 
Sfera.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində keçirilən "TED 2022” konfransında danışan Qeyts yenə bu mövzuda açıqlamalar verib.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı sui-qəsd nəzəriyyəçiləri Qeytsi hədəf almışdılar və heç bir sübut olmasa da, Qeytsin şirkətləri tərəfindən hazırlanmış mikroçiplərin peyvəndlər vasitəsilə insanlara implantasiya edildiyini iddia etmişdilər. Qeyts buna cavab olaraq bildirib:
 
""Gates” Fondu yeni peyvəndlərin ixtirasında və vaksinləri maliyyələşdirməklə çox maraqlanır. Biz bu səylərlə on milyonlarla insanın həyatını xilas etməkdən qürur duyuruq”. 

Etirazlara necə münasibət bəslədiyini soruşduqda, Qeyts bunun "bir az qəribə" olduğunu söyləyib. COVID-19-un son pandemiya olmaya biləcəyini dəfələrlə bildirən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul edib.

Lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts, qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan "GERM” komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu sərmayə ilə yanaşı, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün daha çox dəstək verilməsi daxildir. 

"GERM”in yeganə prioritetinin pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Qeyts, GERM komandalarının epidemioloqdan tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacağını bildirib. Qeyts qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan "GERM”in əsas məqsədinin epidemiyaların pandemiyaya çevrilməyinin qarşısını almaq olduğunu deyib.
 
Qeyts COVID-19-un yayılmasını ilk 100 gündə dayandıra bilsəydik, bu gün virusdan ölənlərin 98 faizindən çoxunun sağ qalacağı qənaətindədir. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama

Tesla və SpaceX-in baş direktoru İlon Maskdan "Twitter”lə bağlı diqqətçəkən açıqlama gəlib.   Sfera.az bildirir ki, iş adamı sosial media hesabındakı pay...

“Facebook” Suriya televiziyasının hesabını bağladı – Rusiyaya dəstək verdiyi üçün

"Facebook” Suriya Radio və Televiziya Korporasiyasının hesabını bağlayıb.     Sfera.az xəbər verir ki, yerli media mənbələri agentliyin hesabının...