“Bayraktar” Rusiya ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu

“Bayraktar” Rusiya ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu
Ukraynalı döyüşçülər Rusiya ordusuna ciddi müqavimət göstərir. Xeyli şəhərlər dağıdılıb, mülki şəxslər həyatını itirib, insanlar evlərini tərk edib. Rusiya Ukrayna savaşına 140 min hərbçi göndərib. Amma yenə də əsas məqsədə çatmaq alınmır.

Sfera.az xəbər verir ki, Ukrayna ordusunun çox gücləndiyi də göz önündədir. Xüsusilə hərbi texnika təchizatı xeyli yaxşılaşıb. "Javelin”lər, "Stinger"lər, "Bayraktar”lar döyüşlərdə sözünü deyir. Ukraynalılar Türkiyə dronlarına hətta mahnı da həsr edib. Çünki "Bayraktar” Rusiya ordusuna əməlli-başlı toy tutur.

Ukraynanın 128-ci dağ-hücum briqadası Türkiyənin pilotsuz uçuş aparatları sayəsində növbəri uğurlu həmləsini edib. Rusların üç T-80 tankı sıradan çıxarılıb. Məhz bu tanklar Ukrayna hərbçilərinə böyük zərbə vururmuş. Relyef problemləri üzündən onları artilleriya ilə vurmaq mümkün olmayıb. Bundan sonra dronları havaya qaldırmaq qərarına gəlinib. "Bayraktar”lar iki kilometr hündürlükdən hədəfi dəqiq nişan alıb. Rusiya tankları alova bürünüb.

Bir neçə gün əvvəl Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatları Ukrayna ordusuna düşmənin "Buk” zenit raket komplekslərini məhv etməyə kömək olmuşdu. Ümumiyyətlə, "Bayraktar”lar Kreml qoşunlarının xeyli hərbi texnikasını yararsız vəziyyətə salıb.

Ukrayna 2018-ci ildən Türkiyədən pilotsuz uçuş aparatları almağa başlayıb. İlk üç il ərzində bu məqsədlə 74 milyon dollar xərclənib. Fevralın əvvəllərində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə ilə ölkədə dronların istehsalı ilə bağlı razılaşma əldə etdiklərini bildirmişdi.

Kreml dəfələrlə Ankaranın Kiyevə "Bayraktar”lar satmasına görə ciddi narahatlıq ifadə edib. Türkiyənin Xarici İşlər Nazirliyi müharibə günlərində dronların özəl şirkət istehsalı olduğunu bildirib. Bununla Ankara məsuliyyəti üzərinə götürmək istəmədiyini göstərib. Rusiya isə "Bayraktar”ların müharibənin gedişinə necə vacib təsir göstərə biləcəyini yaxşı anlayır. Suriya, Liviya, Qarabağ savaşları Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının gerçək gücünü ortaya qoyub. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra dünya mətbuatı "Bayraktar”a xüsusi diqqət ayırır.

Qeyd edək ki, Ukrayna "Bayraktar"ın uğurları barədə əvvəlcə çox danışsa da, sonradan qəflətən bu dronlarla bağlı videoların yayımı dayandırıldı. Ehtimal olunur ki, məhz Türkiyə Ukraynadan xahiş edib ki, bu məsələni çox da reklam etməsinlər, çünki Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir. Hətta Türkiyə DİN nümayəndəsi də bildirmişdi ki, bu mövzularla Türkiyəni müharibədə tərəf kimi göstərməyə cəhd edənlər var.

Bizimyol.info/

OXŞAR XƏBƏRLƏR

Petek Dinçöz Mayamidəki 700 min dollarlıq evindən danışdı - Azərbaycanlı iş adamı alıb? - FOTO

Bir müddətdir adı azərbaycanlı iş adamı Rza Zərrabla birlikdə çəkilən türkiyəli müğənni Petek Dinçöz haqqında yayılan xəbərlərə reaksiya verib.   Sfera.a...

Dünyanın ən səs-küylü ölkələri

İspaniya səs-küy çirklənməsinə görə Yaponiyadan sonra ikinci və Avropa İttifaqında isə lider ölkədir.   Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşki...

Əliqandallı fotosu yayılan Medvedçuk KİMDİR? - FOTOLAR

Aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna...

ABŞ-ın hədəfində olan Putinin övladları - Sanksiya tətbiq edilən qızları kimdir? - TƏFƏRRÜAT / FOTO

ABŞ administrasiyasının bu həftə ərzində Putinin qızlarına sanksiya tətbiq etməyi düşünməsi Rusiya liderinin ailəsi ilə bağlı məlumatları yenidən gündəmə gətiri...

Xəbərdarlıq: Yadplanetlilərə mesaj göndərəcəklər – Dünyanın sonu gəlir?

Məşhur ingilis fiziki Stiven Hokinqin bütün xəbərdarlıqlarına baxmayaraq, elm dünyası tarixi addım atmağa hazırlaşır.   Sfera.az xəbər verir ki, ...

Rusiyalı qadın Dubayda ayrı-seçkiliyə məruz qaldı – FOTO

BƏƏ-də istirahət edən rus qadın Lisa Litvin vətəndaşlıq zəminində ayrı-seçkiliklə üzləşib.   Sfera.az xəbər verir ki, Dubaydakı ticarət mərkəzlərinin...