Bakıda lift istifadəçilərinin diqqətinə! - Qəzalara qurban getməmək üçün...

Bakıda lift istifadəçilərinin diqqətinə! - Qəzalara qurban getməmək üçün...
Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik. Həmin şəxslər liftin təmiri ilə məşğul olan zaman hadisə baş verib. 
 
Maraqlıdır, liftlərdə təhlükəsizlik səviyyəsi hazırda necədir? Bu cür hadisələr zamanı məsuliyyət kimin üzərindədir?

Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, liftlərdə qəzalar çox yüklənmə olduqda, sistemində nasazlıq yarandıqda, quraşdırılması zamanı düzgün montaj olmadıqda və istismar müddəti bitən mexanizm, avadanlıqlarının vaxtında dəyişdirilməməsi səbəbindən baş verir:

"Baş veriləcək qəzaların qarşısının alınması üçün lift şaxtalarının tikintisi, onların konservasiyası zamanı dövlət standartlarına və digər texniki normativ təhlükəsizlik standartlarına cavab verən sertifikatlaşdırılmış materiallardan istifadə etmək lazımdır. Təəssüf ki, bəzi yaşayış binalarında, obyektlərdə liftlərə ümumiyyətlə, texniki xidmətə nəzarət yoxdur. Liftlərə vaxtında qulluq olunmazsa, istismarı düzgün həyata keçirilməzsə, təhlükəsizlik qaydalarına riayət edilməzsə, qəzaların baş verməsi qaçılmazdır. Liftlərin istismarı zamanı həm sakinlər, həm də ona cavabdeh olan şəxslər tərəfindən ciddi nəzarət mexanizmi olmalıdır. Köhnə liftlərdə bu vəziyyət ümumiyyətlə ürəkaçan deyil. Ancaq liftin qırılıb şaxtaya düşməsi artıq onun tam sıradan çıxması deməkdir. Liftdə həm qaldırıcı, həm qoruyucu troslar olur, yəni bunlardan biri qırılırsa, digəri avtomatik olaraq kabinanı saxlayır”.

Müsahibimiz deyib ki, liftdən istifadə edən zamanı bilməli olduğumuz məqamlar da var:

"Liftin kabinasında lüzumsuz hərəkətlər etmək, bir neçə anda düymələri basmaq, tavana toxunmaq, divara söykənmək yolverilməzdir. Uşaqları ümumiyyətlə, liftdə diqqətdə saxlamaq lazımdır. Əgər liftin düymələri nasazdırsa, işıqları yanmırsa, onlara toxunmaq olmaz. Yaxşı olar ki, uşaqlar liftdən tək istifadə etməsin. Liftin quraşdırıldığı obyektlər onun istismarına cavabdehdirlər. Həmən şəxslərin də vəzifə borcudur ki, liftlərin təhlükəsizliyinə nəzarət etsin, nasazlıq yaranarsa, nöqsanlar olarsa, vaxtında aradan qaldırsın.
 
Liftlər hər il texniki müayinədən keçir və təbii ki, bunu aidiyyatı qurumlar da yoxlayıb müvafiq rəy verirlər”.

Günay Rəsulqızı
Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR

“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA

Bu gün bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı eti...

Bakıda lift istifadəçilərinin diqqətinə! - Qəzalara qurban getməmək üçün...

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik. Həmin şəxslər liftin təmiri ilə ...

Azərbaycan quru sərhədlərini açır? - AÇIQLAMA

"Azərbaycanda mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılmalıdır” Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O bi...

Novruz bayramında əhali ən çox hara üz tutur? - Ölkədə turizmlə bağlı SON VƏZİYYƏT

Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycana turist axını məsələsi də aktuallaşır. Eyni zamanda yerli turistlər də bayram tətilini keçirmək üçün adətən bölgəl...

Bakıda 8 Mart yürüşü keçiriləcək? - DİN-dən AÇIQLAMA

Hər il qadın haqları fəalları Bakının mərkəzində 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçirirlər. Aksiya iştirakçıları adətən qadınlara qarşı zorakılıq edi...

Azərbaycanda qapalı məkanlarda maska qadağası LƏĞV EDİLİR?

Dünən Türkiyədə koronavirusla bağlı bir sıra qadağalar ləğv edildi. Ölkənin səhiyyə naziri Fahrettin Koca sağlamlıq kodunun (HES kodu) tətbiqinin ləğv edildiyin...