Bakıda kütləvi davada qətlə yetirilən Fəridlə Şahinin FOTOLARI
11:40 / 19.02.2022
3802
Xəbər verdiyimiz kimi, fevralın 18-də gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində kütləvi dava baş verib. Dava nəticəsində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayev aldıqları bıçaq xəsarətlərindən ölüblər.
Sfera.az xəbər verir ki, "Qafqazinfo" davada qətlə yetirilən gənclərin fotolarını əldə edib.
Hadisənin başvermə səbəbinə gəlincə, Şahinlə Fərid restoranların birində bir qrup şəxslə mübahisə edib. Onlar mübahisəyə aydınlıq gətirmək üçün Təbriz küçəsinə gediblər. Daha sonra mübahisə dava ilə nəticələnib və qanla bitib. O da müəyyənləşib ki, qətlə yetirilən Fəridlə Şahin dost olublar.