Bakıda həbs edilən general kimdir? - FOTO

Bakıda həbs edilən general kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Sfera.az  xəbər verir ki, həbs edilən general-mayor Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. 

Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2018-ci ildə "Vətən uğrunda” medalı ilə təltif edilib, 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 30 dekabr 2020-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və taqım komandirliyindən Hərbi Hissə komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb.

Nizami Məmmədov adı KİV-lərdə daim Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun "sadiq kadrı” kimi hallanıb. İddialara görə, məhz Nizami Məmmədov sabiq Baş Qərargah rəisi ilə güclü əlaqələri onu Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarıb.
 
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Bu ayaqqabıların cütü 1850 dollardır - FOTO

Dünyaca məşhur fransız markası "Balenciaga" fərqli formada ayaqqabı modellərini təqdim edib. Sfera.az axşam.az-a istinadən xəbər verir ki, loqotipi çirkli...

Toyda işıq söndü, gəlin bacısının nişanlısı ilə evləndi – İnanılmaz olayın təfərrüfatları…

Hindistanın Ujjain şəhərində iki bacı eyni vaxtda evlənmək qərarına gəlib.    Sfera.az xəbər verir ki, toy mərasimləri zamanı elektriklər kəsiləndə ...

"Merilin Monro" rekord qiymətə satıldı - XX əsrin ən bahalı sənət əsəri

Pop-art cərəyanının ən önəmli nümayəndələrindən biri, amerikalı rəssam Endi Uorholun "Merilin Monro” portretlərindən biri rekord qiymətə satılıb.   Sfera...

Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR

Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.   Sfera.az bildirir ki, Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşk...

Bu ölkə Rus işğalına qarşı "yeni dünya" qurub: Yer altında uşaq bağçaları, hovuzlar... - FOTOLAR

Finlandiya Rusiyanın mümkün işğalına hazırlaşmağa başlayıb.   Sfera.az bildirir ki, bu barədə "Daily Telegraph” qəzetində yazı dərc olunub. Belə ki, Brit...

Dünyanın ən böyük canlısı kəşf edildi – FOTO

Alp dağlarında araşdırmalarını davam etdirən elm adamları tarixdə qalacaq bir kəşf ediblər.    Sfera.az xəbər verir ki, tədqiqatçıların apardığı qaz...