Bakıda avtomobillə adam öldürən qazidən XƏBƏR VAR - FOTO

Bakıda avtomobillə adam öldürən qazidən XƏBƏR VAR - FOTO
Ötən ilin yayında yol kənarında hərəkətdə olan piyadanı sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə vurub öldürən qaziyə hökm oxunub.
 
Sfera.az-ın məlumatına görə, Vətən müharibəsi qazisi, 26 yaşlı Süleyman Cəfərli avqustda Yeni Yasamalda idarə etdiyi
 
"Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək, yolun kənarındakı 24 yaşlı Əlirza Babazadəni vurub.
Ə.Babazadə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
 

 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.Cəfərli bildirib ki, özünü günahkar bilir və mərhumun ailəsinin onu bağışlamasını xahiş edir: 
 
"Özüm 3-cü qrup əliləm. Müharibədə sol ayağımı itirmişəm. Hazırda protez ayaqla gəzirəm. Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilmişəm. Hadisə baş verən gün qardaşımı aparıb iş yerinə qoydum. Qardaşımı iş yerinə qoyub qayıdanda həmin ayağımda qaşınma oldu. Əyilib onu qaşıyanda idarəetməni itirdim.
 
Qarşıdan gələn avtomobillə toqquşmamaq üçün maşını sol tərəfə sürdüm. Elə həmin anda da maşının qabağına nəyinsə dəydiyini gördüm. Bütün bunlar saniyələr içində oldu. Hadisə zamanı avtomobili 60-70 km/saat sürətlə idarə etmişəm. Tez aşağı düşəndə gördüm ki, bir nəfər yerdə uzanıb. Ətrafda olan polislər və sakinlər də hadisə yerinə toplaşdılar.
 
Mən onu öz maşınımla xəstəxanaya aparmaq istəsəm də, dedilər ki, artıq təcili yardım çağırılıb və çatır. Daha sonra mən onun vəziyyəti ilə maraqlandım və dedilər ki, orta-ağırdır. Dəfələrlə maddi olaraq kömək etmək istəsəm də, qəbul etmədilər. Daha sonra öldüyünü eşitdim. Bundan sonra da ailəsinə baş sağlığı vermək üçün yasa getmək istədik. Amma qəbul etmədilər. Çox peşmanam və istəyirəm ailəsi məni bağışlasın”.
 

 
Mərhumun atası məhkəmədə verdiyi ifadədə bildirib ki, Əlirza evin tək oğlu olub: 
 
"Əlirza səhər işə gedirmiş və taksi sifariş edib. Həmin vaxt o, S.Cəfərlinin gəldiyi yolun əks istiqamətində olub. Həmin yolda sürət həddi 60 km/saatdır, amma hadisəni törədən adam 120 km/saat sürətlə hərəkət edib. O, idarəetməni itirib və əks yola keçərək, Əlirzanı vurub. Bundan sonra oğlum yolda dayanan "KİA Optima” markalı avtomobilin üzərinə düşüb. Ordan təcili yardımla xəstəxanaya aparıblar. Daha sonra biz onu alıb Masallı rayon xəstəxanasına apardıq.
 
Həkimlər oğlumun vəziyyətinin yaxşı olmadığını və beyin ölümünün reallaşdığını bildirdilər. Buna görə Əlirzanı yaşadığımız rayonun Ərkivan qəsəbəsində yerləşən evimizə apardıq. Onun evimdə ölməsini istədik. Əgər Süleyman oğluma kömək etsəydi, hadisə yerindən qaçmasaydı, mən onun həbs edilməsini istəməzdim”.
 

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Cəfərlinin cəzası şərti hesab edilib. Bu səbəbdən o azadlıqda qalıb və ona iki il sınaq müddəti təyin edilib./Kriminalqafqaz/

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...