Bakıda ağır yol qəzası olub - 5 nəfər xəsarət alıb

11:07 / 02.04.2022
742
Ötən gecə Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, saat 22:00 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Qala-Pirallahı yolunda 99 NH 300 dövlət qeydiyyat nişanlı "Mercedes” ilə 10 XB 203 dövlət qeydiyyat nişanlı digər "Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
(Qafqazinfo)