Bakıda 22 evdən su sayğacları oğurlandı - VİDEO

Bakıda 22 evdən su sayğacları oğurlandı - VİDEO
Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib və metal boruları satdığını bildirib.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...