Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR - Qatarın "sep"i qırıldı

Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR - Qatarın
Bakı metrosunda nasazlıq yaranıb.
 
Bu barədə "Bakı Metropoliteni” məlumat yayıb.
 
Bildirilib ki, "Həzi Aslanov” – "Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar” stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb:
 
"Qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb”.
 
*** 
 
Bakıda metroda təhlükəli anlar yaşanıb.

Sfera.az xəbər verir ki, qatar "İnşaatçılar" metrostansiyasında olarkən qatarın "sep"i qırılıb.
 
Belə ki, Dərnəgül xətti üzrə hərəkət edən qatar işə düşməyə başlayan zaman sepi qırılıb və sərnişinlər dərhal qatardan endirilib.

Sərnişinlər növbəti qatarın gəlməyini gözləyib.

Əzizə Zeynal
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR