Bakı bu ay dünya kubokuna ev sahibliyi edəcək

Bakı bu ay dünya kubokuna ev sahibliyi edəcək
"Bakı dünya kubokuna ev sahibliyi etməyə tam hazırdır”.

Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib.

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb.

"Son olaraq, 28 aprel - 2 may tarixlərində keçirilmiş güllə atıcılığı üzrə ölkə çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu bir daha nümayiş etdirib. Ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq hərəkətləri ilə yarışıblar” – Emin Cəfərov bildirib.

Həmçinin Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin qərarı ilə 27 may – 7 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda atletlər güllə və stend atıcılığının on beş Olimpiya növündə mübarizə aparacaqlar. Bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsindən 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə ad almaq uğrunda Azərbaycanda yarışacaqlar.

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur.
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...