Azərbaycanlı teleaparıcı: "Qısa geyinsəm də..." - FOTOSESSİYA

Azərbaycanlı teleaparıcı: "Qısa geyinsəm də..." -  FOTOSESSİYA

Teleaparıcı Nərmin Əlisoyun Milli.Az-a müsahibəsi.

 
- Nərmin xanım, sizinlə bağlı bir yazının başlığında “ATV matəm günlərində efirə təzə “bala” çıxartdı” yazılmışdı. Bu cümləni görəndə hansı hissləri keçirdiniz?
 
- Doğrudan, elə yazılmışdı?! Mənim heç bundan xəbərim yoxdur. Nəyə əsasən elə yazıblar ki?
 
- Çox güman ki, efirdə çox qısa geyimlərdən istifadə etdiyiniz üçün...
 
- Mən axı matəm günlərində efirə uzun libasda çıxmışam. Bəlkə də onlar bunu ümumilikdə nəzərdə tutublar.
 
- Deməli, əsassız deyil...
 
- Əsassız deyil deyəndə ki, bəli, etiraf edirəm, açıq geyimlərdən istifadə edirəm. Amma efirdə bir sərhəd var ki, onu heç vaxt keçmirəm. Məsələn, qısa geyinsəm də, mini geyinmirəm.
 
- Öz bədən quruluşunuza belə arxayınsınızsa, niyə tam qısa geyinmirsiniz?
 
- Arxayın olmağına arxayınam, ancaq mən fitneslə məsğul olduğum üçün ayağımda əzələlər var. Onların çox qabarıq görünməsini istəmirəm. Həm də mən açıq-saçıq geyimlərlə gündəmə gəlmək həvəsində deyiləm.
 
- Siz nə qədər bu iddiada olsanız da, son zamanlar yayımlanan şəkilləriniz belə demir axı...
 
- O şəkilləri mən qəsdən yaymamışdım. İnanın mənə, heç onların haçan və harada yayımlanmasından xəbərim olmayıb.
 
- Bəs yayımlamayacaqdınızsa, niyə o fotosessiyanı etdirirdiniz ki?
 
- Özüm üçün, elə-belə...
 
- Sözün düzü, tanınmış bir insanın media üçün yox, məhz özü üçün fotosessiya etdirməsi bir az qəribə haldır. Amma hər halda səs-küyə səbəb oldu. Etiraz edənlər də oldu, yəqin ki, elədir?
 
- Bəli, gizlətmirəm, şəkillərimi görənlər öz etirazlarını bildirdilər. Daha doğrusu, xəbər portallarında siz deyən formada təqdim edilməyindən narazı idilər.
 
- Ailə üzvlərinizin bu fotolardan xəbəri var?
 
- Ən yaxın sirdaşım anamdır, onun da xəbəri yoxdur.
 
- Deməmisiniz, yoxsa ümumiyyətlə görməyib?
 
- Deməmişəm və nə yaxşı ki, internetdən istifadə edənlərdən deyil. Görsə, məni “öldürəcək” (gülür).
 
- Belə götürəndə, sizin həmkarlarınızın çoxu açıq-saçıq geyimlərdən istifadə edir. Onlar da mətbuatda tez-tez işıqlandırılırlar. Sizcə, bu nə dərəcədə doğrudur?
 
- Razıyam, həmkarlarım arasında belələri var. Məsələn, Kəmalə Piriyeva, Nərgiz Məmmədova və digərlərinin adlarını bu siyahıya daxil etmək olar. Ən azından KİV-də gedən informasiyalardan bunu təsbit etmək mümkündür. Ancaq mənim fikrimcə, onlara yaraşır. Çox da gözəl görünürlər. Ona görə də bunu normal qəbul edirəm.
 
- Bilirəm, sevdiyiniz insan varmı soruşsam, deyəcəksiniz ki, hələ ərə getmək üçün çox tezdir... Amma maraqlıdır, ümumiyyətlə, sevmisinizmi?
 
- İndi həyatımda heç kim yoxdur. Amma 15-16 yaşım olanda sevmişəm.
 
- Niyə alınmadı bəs?
 
- Çünki o sevgi platonik və birtərəfli sevgi idi.
 
- Hava haqqında xəbərləri təqdim edən bir aparıcı kimi sizə hansı uyğundur – külək, yağış, yoxsa qar?
 
- Qar deyərdim. Çünki qar ən azından bütün çirkabların üstünü örtür. İnsanların da qar kimi saf və ləkəsiz olmağını istərdim.
 
- Siz qar kimi safsınız?
 
- Deyə bilmərəm ki, tamamilə təmizəm. Mənim də özümə görə səhvlərim olub, elə indi də var.
 
- Televiziyaya gələndən sonra nəyi başa düşdünüz?
 
- Başa düşdüm ki, hamı mənə qarşı eyni münasibətdə deyilmiş. Paxıllığımı çəkənlərin “maska”ları bir-bir yırtılmağa başladı.
 
- Siz, yəqin ki, paxıllıq çəkmirsiniz, ən uzağı, qibtə edirsiniz, hə?
 
- Mən anormal insanam. Ona görə ki, məndə zərrə qədər də paxıllıq hissi yoxdur. Yalnız uzun saçı olan xanımlara qibtə edirəm. Çünki bir vaxtlar mənim də uzun saçım olub (gülür).

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...