Azərbaycanlı stilist qətlə yetirildi - FOTO
14:13 / 13.03.2022
3233
Azərbaycanlı stilist Orxan Seyidov dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə paylaşım edib.
Sfera.az bu barədə OLAY-a istinadla xəbər verir.
Bildirilib ki, Orxan Seyidov ötən gecə vəfat edib. Yaxınlarının verdiyi məlumata görə o, qətlə yetirilib. Dəb sənətçisinin bıçaqlandığı deyilir. Hadisənin hansı zəmində baş verməsi isə məlum deyil.
Qeyd edək ki, Orxanın 29 yaşı var idi.