Azərbaycanlı professor vəfat etdi - FOTO

Azərbaycanlı professor vəfat etdi - FOTO
Azərbaycan geologiya elminə itki üz verib

AMEA-dan Sfera.az-a verilən xəbərə görə, Geologiya və Geofizika İnstitutunun Petrologiya və mineralogiya şöbəsinin müdiri professor Musa Məmmədov vəfat edib.

M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifi idi. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb.

Alimin apardığı elmi-tədqiqat işləri petrologiyanın ən aktual problemlərindən olan ilkin mantiya bünövrəsinin homogenliyi və heterogenliyi, onun ərimə payı, təkamül prosesi kimi mürəkkəb bir problemə həsr olunub. Bu problemin fonunda alimin bilavasitə rəhbərliyi altında yüksək ixtisaslı petroloq və mineroloqlar hazırlanıb.

M.Məmmədov və onun rəhbərlik etdiyi Mineralogiya və geokimya sektorunun əməkdaşlarının fəaliyyəti süxur və filizəmələgətirən mineralların tipomorf xüsusiyyətləri əsasında Kiçik Qafqazın və Talışın maqmatik komplekslərinin və onlarla əlaqədar olan faydalı qazıntı yataqlarının təkamül proseslərinin, geoloji-geodinamik, fiziki-kimyəvi şəraitlərinin araşdırılması kimi aktual məsələlərin həllinə yönəldilmişdi.

OXŞAR XƏBƏRLƏR

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. BDYPİ-dən Sfera.az-a daxil olan məlu...

Sumqayıtda avtobus qəzası – Xeyli sayda yaralı var/ FOTOLAR

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb. Sfera.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda ...

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub. Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaş...

Azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak oldu - FOTO

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Sfera.az xəbər verir ki, F.Məmmədov Konstanti...

"Azərsun Sənaye Parkı”nda YANĞIN - Helikopterlər cəlb edildi - FOTOLAR / VİDEO 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı...

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sür...