Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı – Qırmızı Xaç onu sağ görüb, amma xilas etməyib!

Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı – Qırmızı Xaç onu sağ görüb, amma xilas etməyib!
Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək. 

Sfera.az musavat-a istinadən xəbər verir ki, belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb. 

Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb.  
 
Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsinə onu əsirlikdən qurtamaq üçün yalvarış dolu, ürək sızladan xahiş edib. 

Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib. 

Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı məlum deyil... 

Amma Laçın Novruzovun taleyi haqda heç bir rəsmi məlumat verilməyib. 

Bu məsələdə Qırmızı Xaçın da ciddi məsuliyyəti var. 

Qurum bu məktubdan sonra dərhal hərəkətlənməli, yeri dəqiq bilinən əsirin geri qaytarılması, ən azı təhlükəsizliyi üçün Ermənistan qarşısında tələb qoymalı idi.

Bunu ediblərmi?

Əgər etsəydilər ən azı bir açıqlama yayardılar, ailəsinə məlumat verərdilər. Ancaq bunu etdiklərinə dair heç bir məlumat yoxdur. Ailənin sorğularına cavab da verməyiblər. 
 


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...