Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu fəaliyyətini bərpa etdi
Cəmiyyət
21:42 / 16.05.2022
1856
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.
+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul
Sfera.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar.
"Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir.
Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul