Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu oldu - FOTOLAR

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu oldu - FOTOLAR
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.

Sfera.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan komanda 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. Türkiyə (151 xal) ikinci, Gürcüstan (149 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millisinin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

"Atom" İdman Klubu bu uşaqlar üçün sosial aksiya keçirdi - FOTOLAR

"Atom" İdman Klubunun rəhbərliyi sosial aksiyaya start verib.   Sfera.az xəbər verir ki, sözügedən aksiya ilə bağlı millət vəkili Elnur Allahverdiyev pa...

Fərid Qayıbov və Ülvi Quliyev karateçilərlə görüşdü - FOTOLAR

Aprelin 21-də gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 01-03 aprel 2022-ci il tari...

Ronaldoya ağır itki üz verdi: Övladlarından birini itirdi - FOTO

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni doğulan əkizl...

Əfsanəvi futbolçu indi döşəmələri süpürür - Paylaşdığı FOTOLAR fanatlarını kədərləndirdi

"Real Madrid"in canlı əfsanəsi İker Kasilyasın son paylaşımı pərəstişkarlarını kədərləndirib.   Sfera.az bildirir ki, infarkt keçirdikdən sonra futbolu t...

Abşeron rayonunda silsilə idman yarışları keçirildi - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "6 aprel-Beynəlxalq İdman Günü” münasibətiilə 6-10 aprel tarixlərində Bakı Dənizkəna...