Azərbaycanda intihar etmiş 8 yaşlı uşağa gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”

Azərbaycanda intihar etmiş 8 yaşlı uşağa gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”
Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Sfera.az Qafqazinfo-ya istinadla xəbər verir ki, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in "Galaxy TAB A7” markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.

Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die” və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin "Samsung Notes” bölməsində "salam, mən Anabellayam və bu axşam səni öldürəcəyəm” məzmununda yazışma aşkar edilib.

Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...