Azərbaycanda ən çox bu qida insanların zəhərlənməsinə səbəb olur - Xəbərdarlıq

Azərbaycanda ən çox bu qida insanların zəhərlənməsinə səbəb olur - Xəbərdarlıq
"Ən çox ev şəraitində hazırlanan turşulardan zəhərlənmə hadisələri baş verir”.
 
Sfera.az bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O qeyd edib ki, bunun əsas səbəbi turşunun hazırlanması zamanı məhsulların düzgün yuyulmaması, lazımi miqdarda qaynadılmaması və ümumilikdə gigiyenik qaydalara riayət edilməməsidir:

"Turşunun qaynadılması düzgün olmadıqda infeksiya yaranır və bu infeksiya oksigensiz şəraitdə inkişaf edir. Bankanın qapağının şişməsi və ya turşunun tamının dəyişməsi məhsulun xarab olduğuna işarə edir”.

Mütəxəssis zəhərlənməni bildirən əsas amillərdən də söz açıb:

"Mədədə köp, hərarətin artması, ürəkbulanma və ishal. Bu halların hər hansı biri yaşanarsa, mütləq şəkildə həkimə müraciət edilməlidir. Turşulardan zəhərlənmənin ən ağır dərəcəsi botulizmdir. Bu xəstəlik ölümlə də nəticələnə bilir.  Bu mövsümdə mümkün qədər diqqətli olmaq məsləhətdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...