"Azərbaycan Ukrayna məsələsində də dünyaya nümayiş etdirir ki..."

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsin təqdim edir.
 
- Beynəlxalq gündəliyin bir nömrəli mövzusu Rusiya-Ukrayna qarşıdurmasıdır.  Azərbaycan qarşıdurma tərəflərindən hansının yanındadır?
 
- 44 günlük Vətən müharibəsində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, haqqın, beynəlxalq hüququn və tarixi ədalətin tərəfindədir. Ukrayna məsələsində də ölkəmizin mövqeyi dəyişməz qalır. Yəni söhbət kimin və ya kimlərinsə tərəfində olmaqdan deyil, bəşəri dəyərlərə münasibətdən getməlidir. Prezident İlham Əliyev Ukraynaya işgüzar səfəri zamanı ölkəmizin bu dəyərlərə sadiq olduğunu dünya birliyinə bir daha çatdırdı: "Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”. 
     
Qardaş Türkiyə də eyni mövqedən çıxış edir. Prezident Rəcəb Tayyib Ərdoğanın münaqişənin beynəlxalq-hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə yönələn səyləri qarşıdurma tərəfləri ilə yanaşı, dünya birliyinin də maraqlarına tam uyğundur. Ukrayna ətrafında müşahidə etdiklərimiz bir daha deməyə əsas verir ki, əgər Prezident İlham Əliyev ortaya siyasi iradə qoymasaydı və böyük aktorların maraqlarının uzlaşdırılmasına yönələn çoxvektorlu xarici siyasət yürütməsəydi, ölkəmizin Ukraynanın aqibəti ilə üzləşməyəcəyinə  heç kim zəmanət verə bilməzdi. Vətən müharibəsi günlərində cəmiyyətimiz gördü ki, Azərbaycanı böyük güclərin toqquşma platsdarmına çevirmək və qələbəmizə mane olmaq istəyənlər az deyil. Həm də buna görə, əldə etdiyimiz Zəfər son iki yüz ildə ilk dəfə öhdəsindən gələ bildiyimiz xarici faktorların, təzyiq və təhdidlərin üzərində əldə olunan tarixi qələbə kimi dəyərləndirilməlidir. Azərbaycan Ukrayna məsələsində də dünyaya nümayiş etdirir ki, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, qoşulduğu beynəlxalq konvensiyalara, beynəlxalq-hüquq normalarına və bəşəri dəyərlərə sözdə də, əməldə də sadiqdir. 
 
- Tarixi Şuşa Bəyannaməsinin ratifikasiyası gündəlikdədir. Bu addımın məhz indi atılmasının Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlılığı ola bilərmi ?
 
- Əvvəla, böyük siyasətdə təsadüfi heç nə baş vermir.  Azərbaycan Prezidenti pafosdan, gəlişigözəl və təmtəraqlı şüarlardan uzaq olan praqmatik siyasətlə məşğuldur. Bu siyasətin hədəfi  ümummilli maraqlarımızın qorunmasıdır.  Azərbaycan və Türkiyə Prezidentlərinin "3+3” formatı ilə bağlı təşəbbüsləri də sübut edir ki, Şuşa Bəyannaməsi üçüncü ölkələrə qarşı yönəlməyib, əksinə, regionda dayanıqlı sülhə və təhlükəsizliyə xidmət edir. Ona görə də gözlənilən hüquqi prosedurdan heç kim əndişələnməməlidir. Düşünürəm ki, ölkəmizin bu suveren hüququnun bölgənin maraqlarına cavab verdiyini region ölkələri ya artıq nəzərə alırlar, ya da nəzərə almalı olacaqlar. 
 
- Dövlətimizin başçısı yanvarın 28-də "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Uydurma erməni soyqırımını tanıyan böyük dövlətlərin 30 il ərzində Xocalı soyqırımını  tanımamalarının səbəbi nədir?
 
- Tarixi yaddaş o zaman iti olur ki, dövlət və onu təmsil edən hakimiyyət ümumxalq yaddaşının korşalmasına, tarixi gerçəkliklərin unudulmasına və ya unutdurulmasına imkan vermir. Prezident Sərəncamı bu baxımdan da xüsusi əhəmiyyətə malikdir, dövlətin yaddaşı ilə ümumxalq hafizəsinin vəhdətinə dəlalət və xidmət edir. Xocalı soyqırımının törədilməsində ermənilərlə yanaşı, 366-cı alayın iştirakının Sərəncamda xüsusi vurğulanması həm də o deməkdir ki, heç nəyi unutmamışıq və unutmamalıyıq. Bu soyqırımı artıq dünyanın 13 dövləti tanıyıb. Guya 107 il əvvəl törədilmiş uydurma erməni soyqırımını tanıyanların, xüsusilə böyük güclərin cəmi 30 il əvvəl gözləri qarşısında baş verən Xocalı soyqırımını hələ də tanımamalarının səbəbinə gəldikdə isə, bunu sağlam məntiqlə izah etmək mümkün deyil. Qardaş Türkiyənin bütün arxivlərinin istənilən araşdırma üçün açıq olduğunu bəyan etməsinə baxmayaraq, tarixi sənədləri tədqiq etmədən qondarma erməni soyqırımını tanıyanların Xocalı soyqırımına münasibətdə göstərdikləri ayrı-seçkilik təkcə etinasızlıq demək deyil. Bu, həm də tarixi ədaləti bilərəkdən və ya bilməyərəkdən əsassız və haqsız çəkişmələrin predmetinə çevirmək, beynəlxalq hüququn arxa plana keçməsi ilə səssiz razılaşmaq deməkdir. Nə qədər acı olsa da, dünya təhlükəsizliyinə görə ilk növbədə məsuliyyət daşıyan böyük güclərdən bəziləri  B.Paskalın kəlamlarından birindəki bu müdrik hikməti unudurlar: "Ədalət güclü, güclülər isə ədalətli olmalıdır”.  Lakin o da acı həqiqətdir ki, BMT-nin ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, həmin mötəbər təşkilatın Azərbaycana aid olan məlum dörd qətnaməsi 27 il ərzində kağız üzəridə qaldı və icra edilmədi. Azərbaycan onları Haqq savaşında öz gücü və iradəsi hesabına təmin etdi. Təəssüf ki, müasir dünyada güc amili beynəlxalq hüququ üstələyir, ikili standartlar isə ədalətin bərqərar olunmasına deyil, kimlərinsə siyasi maraqlarına xidmət edir. Bütün təzyiq və təhdidlərə, ciddi maneələrə baxmayaraq, 28 ildən sonra tarixi ədaləti bərpa etdiyimiz kimi, əminəm ki, Xocalı soyqırımının da əksəriyyət tərəfindən tanınmasına mütləq nail olacağıq. Əks təqdirdə, bu gün Ukrayna ətrafında baş verən hadisələr başqa coğrafiyalarda da təkrarlanacaq və dunya nizamı yeni, daha ciddi təhlükələrlə üz-üzə qalacaq. 
   
Tarixi həqiqətlərdən biri də budur ki, müstəqillik qansız-qadasız başa gəlmir, uğrunda şəhid verilmədən qorunmur! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarından birini bir daha xatırlatmaq istəyirəm: "Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Eynilə milli ləyaqətimizin, heysiyyatımızın qorunmasını və ədalətin bərpasını təmin edən Vətən müharibəsindəki tarixi Qələbəmiz kimi. 

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...