Azərbaycan millisinin qapıçısı Rusiya klubuna keçib

Azərbaycan millisinin qapıçısı Rusiya klubuna keçib
Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan "Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək.

Yığma üzvü 2020-ci ildə bu klubdan təklif aldığını və danışıqların olduğunu söyləyib: "Sadəcə, koronavirusa görə əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, "Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün "yaşıl işıq" yandırdılar".

Qapıçı ukraynalı həmkarı Yevgeni İvanyakın "Torpedo”dan ayrıldığını xatırladıb: "O, məlum hadisələrdən sonra Belçika klublarından birinə keçdi. Nəticədə Nijni Novqorod təmsilçisi mənimlə anlaşdı. Həm də Rusiya Mini-Futbol Assosiasiyası hazırkı məqamda klublara ancaq qapıçı transfer etməyə icazə verib". 

Oyunçu komandanın ölkə çempionu olmaq istədiyini vurğulayıb: "Hazırda UEFA-nın tətbiq etdiyi sanksiyalar barədə danışmaq tezdir. Zaman özü hər şeyi tənzimləyəcək. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdır. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Hələ ki, çempion olaq. Növbəti qərar zamanı təbii ki, real vəziyyəti dəyərləndirib, ona uyğun addım atacağam".

Hüseynli başqa klublardan da təkliflərinin olduğunu gizlətməyib: "Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yaya təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə "Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi".

Təcrübəli oyunçu ilk dəfə legioner həyatı yaşayacağını sözlərinə əlavə edib: "Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönmək istəyirəm".

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...