Azərbaycan millisi Küveytə qalib GƏLDİ
İdman
17:30 / 08.05.2022
1252
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.
Sfera.az xəbər verir ki, Bakı "Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.