Azərbaycan Kibetəhlükəsizlik Təşkilatları Assosiasiyasının toplantısı keçirildi - FOTOLAR

Azərbaycan Kibetəhlükəsizlik Təşkilatları Assosiasiyasının toplantısı keçirildi - FOTOLAR
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə heyətinin ilk genişlədilmiş tərkibdə toplantısı keçirilib.
 
Sfera.az xəbər verir ki, "JW Marriott” otelində baş tutan toplantıda Assosiasiyanın fəaliyyət istiqamətləri və yeni layihələri barədə ətraflı məlumat verilib.
 
Toplantıda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən və Assosiasiyada təmsil olunan "Simbrella”, "CyberPoint”, "AzeRobot”, "Eurodesign CSC”, "Swiss Cyber Institute”, "Caspian Tech”, "A2Z advisors”, "Digitalks Technologies” və "PNetworks” kimi yerli və xarici şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Assosiasiyanın sədri Rahid Ələkbərli toplantı iştirakçılarını salamlayıb. Daha sonra Assosiasiyanın baş katibi Bulu İsmayılova çıxış edərək Assosiasiyanın üzvlük prosesi və yeni üzvlük təklifləri barədə ətraflı məlumat verib.
 
Toplantıda ilk olaraq kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin icra edilməsi, təşəbbüslərin dəstəklənməsi məqsədilə AKTA daxilində "İdeya mərkəzi”nin yaradılması təklifi müzakirə olunub. Assosiasiyanın baş katibi Bulu İsmayılova "İdeya mərkəzi”nin ölkədə kibertəhlükəsizlik və İT sahəsində yeni layihələrin ortaya çıxarılmasına, təşəbbüskarlığın artırılmasına, ən əsası yeni mütəxəssislərin və kadrların cəlb olunmasına şərait yaradacağını qeyd edib.
 
Assosiasiya tərəfindən cəmiyyətdə kibertəhlükəsizlik sahəsində maarifçi faliyyətlərin icrası məqsədilə "AKTA Könüllüləri”nin yaradılmasına olan ehtiyac vurğulanıb. İT üzrə təhsil alan və ya bu sahəyə marağı olan gənclərin cəlb ediləcəyi layihənin, insan resursunun cəlb edilməsi ilə qısa müddətdə kibertəhlükəsizlik sahəsindəki məlumat azlığının aradan qaldırılmasına şərait yaradacağı qeyd olunub.
 
Görüşdə həmçinin yeniyetmələr arasında kibertəhlükəsizlik və İT vərdişlərinin inkişaf etdirilməsi məqsədilə "AKTA Yay düşərgəsi”-nin icrası barədə iştirakçılara məlumat verilib. Layihə çərçivəsində iştirakçıların beynəlxalq və yerli kibertəhlükəsizlik ekspertləri ilə görüşlərinin təşkili, fundamental kibertəhlükəsizlik biliklərinə oyun əsaslı öyrənmə metodu ilə sahiblənmələri nəzərdə tutulur. Yay düşərgəsində kibertəhlükəsizlik simulyasiyalarının və xüsusi hakatonların keçirilməsi də planlaşdırılır.
 
Daha sonra Assosiasiyaya yeni üzvlük üçün müraciət edən "Novum”, "Defscope”, "Nova Digital Solutions”, "Palo Alto” və "ATL” şirkətləri, onların fəaliyyət istiqamətləri barədə məlumat verilib və üzvlüyə qəbul edilmələri ilə bağlı plaket təqdim olunub. Tədbirin sonunda yeni üzvlüyə qəbul edilən şirkətlərin təqdimatları dinlənilib və Assosiasiyanın gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadilə aparılıb.
 
Toplantının yekununda Assosiasiyanın sədri Rahid Ələkbərli müzakirə olunan mövzulara toxunub, kommunikasiya kanallarının yaradılmasına olan ehtiyacı qeyd edib. O, Assosiasiyanın fəaliyyətinə dəstək olanlara öz təşəkkürlərini ifadə edib və uğurlu nəticələr əldə etmək istiqamətində davamlı olaraq səy göstərəcəklərini bildirib. Tədbirin sonunda xatirə fotosu çəkilib.
 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...