Antidepressantlardan hansı hallarda istifadə etmək olar? – Psixoloq məsləhəti

Antidepressantlardan hansı hallarda istifadə etmək olar? – Psixoloq məsləhəti
"Pandemiya dövrü psixoloji həssas, travmaları olan, müəyyən depressiyalardan əziyyət çəkən insanlar üçün çox ağır keçdi”.

 

 

Bunu Sfera.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Müsahibimiz bildirib ki, sözügedən şəxslərin vəziyyətində müəyyən ağırlaşmalar da müşahidə edilib:


"Bu dövrdə psixoloq, nevropatoloqlara müraciət edənlər oldu, hətta bəziləri somatik depressiyadan əziyyət çəkdiyi halda, bunu qəbul etməyərək müxtəlif həkimlərin diaqnozlarına ehtiyac duydu, bir-bir həkim dəyişməyə və problemsiz orqanlarında problem axtarmağa başladılar. Ən ağır formada olanlar psixiatrlara üz tutdular, mən həmişə deyirəm ki, psixiatrlaramüraciət etmək düzgün deyil. Çünki buna ən ağır əlamətlər zamanı (şizofreniya və s.) cəhd etmək lazımdır. Amma bu gün elə bir tendensiya yaranıb ki, sanki psixiatr problemləri həll edir. Lakin nevropatoloq və psixoloqun birliyi ilə gözəl effekt almaq mümkündür, o cümlədən yüngül dərmanlarla”.


Psixoloq qeyd edib ki, bu gün antidepressantlardan istifadə edənlər də az deyil:


"Amma bu, düzgün istifadə olunmalıdır. Antidepressantlar qəbulundan 2-3 həftə dərhal sonra effektini göstərir. Amma bu o demək deyil ki, sən dərman atmalısan, yəni müalicəni davam etdirməlisən. Həkimin dediyi qaydada, doğru formada dərmanlar qəbul edilməlidir. Belə olduğu zaman yaxşı nəticə əldə etmək olur. Ancaq yaxşı hiss etdikləri zaman preparatdan istifadəni dayandıranlar olur ki, bu da bir müddət sonra problemin daha ağır formada meydana çıxmasına şərait yaradır. Nəticədə insan yenidən nevropatoloqa müraciət etməli olur. Bu gün statistikaya əsasən, nevropatoloqların, psixoloqların müalicəsinə ehtiyacı olanların çoxaldığı faktdır”.


F.Mehmanqızı hansı hallarda antidepressantların qəbulunun mümkün olacağından da söz açıb:


"Birincisi, nevropatoloqun məshələti olmadan dərman qəbulu olmaz! Psixoloji problemlər özünü necə göstərir? Əgər müəyyən depressiya, ağırlaşmalar ( bütün günü ağlayırlar, aqressiya var, özünü idarə edə bilmirlər, davranış pozuntusu baş verir, kədər, stress və s. ) 2 həftədən çox davam edərsə, mütləq nevropatoloqa üz tutulmalıdır. 2 həftədən az davam edərsə, bu artıq yüngül stress hallarıdır və öz-özünə keçib gedə bilir. Buna görə dərman qəbuluna ehtiyac yoxdur”.


 

Günay Rəsulqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...