Almaniya prezidenti: “Vahid Avropa evi xəyalı puç oldu”

Almaniya prezidenti: “Vahid Avropa evi xəyalı puç oldu”
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bazar günü Berlində Alman Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxış edib.

O, 77 il əvvəl Almaniyanı nasizmdən azad edən Qərb və Şərqdəki müttəfiqlərə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, indiyədək siyasətçilər Avropada bir daha müharibənin olmaması üçün çalışıblar.

"Mixail Qorbaçov bizə vahid Avropa evi yaratmaq perspektivini verdi. Amma bu gün vahid Avropa evi xəyalı puç oldu və onun yerini yeni kabus aldı. Bu gün mayın 8-i müharibə günüdür”, - deyə Almaniya prezidenti Ukrayna müharibəsini nəzərdə tutaraq bəyan edib.

O, Avropanın bu müharibəyə münasibətdə həmrəy olduğunu da diqqətə çatdırıb.

"Həmrəylik həm də Aİ tarixində heç vaxt tətbiq etmədiyimiz radikal sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərməkdir”, - Ştaynmayer əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...