Ağstafadakı qəzada ölən şəxslərin kimliyi bilindi
17:54 / 29.03.2022
1748
Bu gün Ağstafada baş verən və 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində vəfat edən şəxslərin adları məlum olub.
DİN Baş DYP İdarəsindən Sfera.az-a verilən məlumata görə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes- Benz Sprinter” markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Familə Məmmədova, 1966-cı il təvəllüdlü Mirvari Əliyeva və paytaxt sakini 1962-ci il təvəllüdlü Mayıl Nağıyev hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.