Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalandı - FOTO

Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalandı - FOTO
Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

Sfera.az-ın Qərb bürosunun məlumatına görə, rayon sakini Əlləzov Kənan gecə saatlarında rayonun Köçəsgər kənd sakini Habil Ələkbərova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq işığı söndürüb, daha sonra qəsdlə həyətdə səs salaraq ev sahibinin evdən çıxmasını təmin etmək istəyib ki, H. Ələkbərov evi tərk etsin və K. Əlləzov evə daxil ola bilsin. Lakin ev sahibi ilə rastlaşanda ona əlindəki dəmir alətlə xəsarət yetirib qarşılığında isə ev sahibi əlindəki balta ilə ona xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Hadisə yerindən K.Əlləzova məxsus maska, əlcək və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Ev sahibi hazırda xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
 
Cinayəti törətməkdə şübhəli bilinən Əlləzov Kənan isə saxlanılaraq istintaqa təhvil verilib.

 

OXŞAR XƏBƏRLƏR

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. BDYPİ-dən Sfera.az-a daxil olan məlu...

Sumqayıtda avtobus qəzası – Xeyli sayda yaralı var/ FOTOLAR

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb. Sfera.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda ...

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub. Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaş...

Azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak oldu - FOTO

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Sfera.az xəbər verir ki, F.Məmmədov Konstanti...

"Azərsun Sənaye Parkı”nda YANĞIN - Helikopterlər cəlb edildi - FOTOLAR / VİDEO 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı...

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sür...