Ağstafada avtomobil aşdı, sürücü xəsarət aldı
21:36 / 26.03.2022
3072
Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Azər Yusifov müxtəlif bədən xəsarətləri alıb.
O, Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.