AFFA-nı idarə edəcək şəxs bəlli oldu

AFFA-nı idarə edəcək şəxs bəlli oldu
AFFA-nın idarəetməsi əvvəlki sistemə qayıdacaq.

Sfera.az-ın məlumatına görə, buna səbəb FİFA-da vəzifə alan Elxan Məmmədovun icraçı vitse-prezident vəzifəsini tərk etməsidir.

O, qurumdakı fəaliyyətini vitse-prezident kimi davam etdirəcək. Assosiasiyada bu vəzifəni tutanların sayı 4-ə çatacaq. Məmmədov AFFA-da Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov kimi çalışacaq.

İcraçı vitse-prezident vəzifəsi ləğv ediləcəyindən AFFA-nın idarəçiliyi yenidən baş katibə veriləcək. Qurumun idarəetmə sisteminə Sərxan Hacıyev rəhbərlik edəcək. Bu, assosiasiyanın İcraiyyə Komitəsinin növbəti yığıncağında rəsmiləşməlidir.

Qeyd edək ki, 2007-ci ildən AFFA-nın baş katibi olan Məmmədov 2020-ci ildən icraçı vitse-prezident kimi çalışıb. O, mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyət göstərəcək.  (Apasport.az)
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...