AFFA bu pankarta görə klubu niyə cərimələyib?
14:21 / 17.04.2022
838
AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb. Gəncəlilər 1-ci divizionun 21-ci turunun səfərdə "Turan Tovuz"la reallaşan oyununda icazəsiz pankart açıblar. Bu səbəbdən də qurum onları 160 manat cərimələyib.
"Azərbaycan Premyer Liqasının, kubokunun, 1-ci divizionunun Əsasnaməsinin 29.30-cu maddəsinə görə, azarkeşlər görüş əsnasında plakat qaldırmaq istəyirlərsə, oyunöncəsi, fasilədə, matçdan sonra görüləcək tədbirlərlə bağlı PFL-ə müraciət etməlidir. Bir də Azərbaycan əlifbasında "ş” hərfi var. Həmin pankartdakı isə dollar işarəsidir. Ümumiyyətlə, buna görə də cəza düşür", - deyə E. Hüseynov bildirib.
AFFA rəsmisi, "dəfələrlə olub ki, hansısa klubun əcnəbi və ya yerli azarkeşləri fərqli dillərdə normal plakatlar açıblar. Onlar nə üçün cəzalanmayıblar?" sualına belə cavab verib: