Adil Əliyev Azərbaycan Çempionatı keçirir

Adil Əliyev Azərbaycan Çempionatı keçirir
Fevralın 14-17-də Azərbaycan Kikboksinq Federasiyası tərəfindən “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında XXII Azərbaycan çempionatı və kaderlər arasında Azərbaycan Birinciliyi keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, çempionatın keçirilməsində məqsəd 2016-ci ildə Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir.
Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev belə yarışların hər il keçirildiyini söyləyib:
“Məqsəd bu cür tədbirlərlə gənclər arasında idmanın inkişafına dəstək olmaq və idmanın kütləviliyini təmin etmək, xüsusilə, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya yox demək və gəncləri pis vərdişlərdən uzaq tutmaqdır. Bu gün gənclər arasında kikboksinqə böyük maraq yaranıb. Federasiyasımız ölkənin idman həyatında fəal rol oynayır”, - deyə millət vəkili qeyd edib.
İdmançılar fevralın 14-də, saat 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında toplaşacaqlar (Ünvan: Tofiq Bəhrəmov adına Respublika stadionun yanı).
Yarış fevralın 15-də, saat 10:00-da baş tutacaq. Kadetlər arasında birincilik fevralın 16-17-də gerçəkləşəcək. Çempionat Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında, Bakı, Səbail, Neftçilər, 26a) baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...