Abramoviç bu klub üçün kisənin ağzını açdı

Abramoviç bu klub üçün kisənin ağzını açdı
Sanksiyalar səbəbilə "Çelsi"dən uzaqlaşdırılan rus oliqarx Roman Abramoviç "Göztepe” klubu ilə danışıqlarda ciddi irəliləyiş əldə edib. 

Sfera.az bildirir ki, "Göztepe”də sürpriz qərarla ikinci dəfə prezidentlikdən getdiyini açıqlayan iş adamı Mehmet Sepil və rəhbərliyi cümə axşamı Urladakı obyektdə toplaşıb. Məlumata görə, İzmirə qayıdan Sepil məşhur rusiyalı iş adamı Roman Abramoviçin vəkili ilə Ankarada keçirdiyi görüşün təfərrüatlarını çatdırıb və klubun dəyəri bu toplantıda müəyyənləşib. 

Beynəlxalq "Deloitte Football Money League” şirkətinin "Göztepe” klubu üçün müəyyən etdiyi məbləğin 43-60 milyon dollar arasında olduğu ortaya çıxıb.  Sepil və heyətinin isə bundan daha yüksək bir rəqəmə qərar verdiyi bəlli olub. Digər tərəfdən, kubdan sızan məlumatlar arasında bazarlıq masasındakı rəqəmin 80-100 milyon dollar arasında olduğu bildirilib. Eyni zamanda 8 ildə təxminən 65 milyon dollar xərcləyən Sepilin Roman Abramoviçlə maddi məsələlərdən başqa, klubun funksiyaları ilə bağlı problemləri aradan qaldırmağa çalışdığı da məlum olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...